"Səni sevirəm demək sevgi deyil" - Elnur

"Səni sevirəm demək sevgi deyil" - Elnur
MAQAZİN
12:03 20.05.2025
230
"Birinə tez-tez "səni sevirəm" demək sevmək demək deyil. Mənə görə o insan əslində heç sevməyən insandır".
 
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Elnur Məmmədov "Xəzər axşamı" verilişində deyib.
 
"Mən həyatım boyu "sevirəm" sözünü deməyi sevməmişəm. Mən sevgimi əməllərim ilə göstərmişəm. İnan ki, hər dəfə sevirəm demək, elə sevməməkdir. O qədər sevirəm deyənlər var ki, elə insanı yarı yolda qoyub qaçanlar da onlar olur. Mən bir saniyə ailəmlə, övladlarımla danışmayanda dəli oluram. Bu təkcə həyat yoldaşıma aid deyil, mənim anam var, bacılarım var, onların övladları var. Mən sevgisiz yaşaya bilmərəm və hamıya o diqqəti çatdırıram. Mənə görə ən böyük sevgi Allaha olan sevgidir, ondan sonra da çörəyini yeyib, suyunu içdiyin xalqın sevgisi" deyə o, çıxışında bildirib.

 
Aysel
 

OXŞAR XƏBƏRLƏR