“Sənin bütün ətrafın Ramiz müəllimin bir atılan dırnağı etməz” – Elşən Musayev

“Sənin bütün ətrafın Ramiz müəllimin bir atılan dırnağı etməz” – Elşən Musayev
SİYASƏT
16:56 09.09.2014
2424

Demokratik Maarifçilik partiyasının sədri Elşən Musayev facebook səhifəsində AXCP sədrini sərt tənqid edib. 

AZXEBER.COM Aktual.az həmin statusu təqdim edir:

"Nə vaxtdır diqqət edirəm: Əli Kərimli və onun baş redaktoru (eyni zamanda məsul redaktoru, korrektoru və daha nə bilim nəyi) olduğu “Azadlıq” qəzeti əməllicə kompleksə girib. Hətta buna təkəbbür sindromu deyək. Və ya adamlar elə bilir nəhəng insanları, şəxsiyyətləri hədəfə almaqla dönüb özləri də nəhəng olacaqlar. Ya da nəhəng görünəcəklər!  

Prezident Administrasiyasının rəhbəri, dəyərli akademik Ramiz Mehdiyev bir neçə saatlıq mətbuat müşavirəsi keçirib, amma Əli Kərimli hələ eyni adlı mövzu ilə bağlı düz yarım aydır sakitləşib qurtara bilmir. Bu haqda yazı yazır, yazdırır, öz “fəlsəfi”, “politoloji”, “mifoloji” fikirlərini bölüşür, üstəgəl hər şeyin, yəni bütün ittihamların öz üzərlərinə - ələlxüsus da “Azadlıq” qəzetinə yönəldiyini iddia edir. Oysa, adama sual edən gərək: Soğan yeməmisən, için niyə göynəyir? 

Həmin müşavirədə bəzi mətbuat nümayəndələrinə yönəlik “saxtakar”, "dezinformasiya yayan”, “reket”, “şantajçı” ifadələri hamı dururkən, səssiz qalırkən anındaca sənin və qəzetinin üzərinə niyə yapışır? Söylənən tənqidləri, iradları, ittihamları görəsən hansı səbəbdən bu qədər şövqlə, həvəslə, məmnuniyyətlə rabiteyi - həzmdən keçirirsən? Və ya bu dediyim təxminən bilirsənmi nəyə bənzəyir? – Təsəvvür elə, kimsə yüz adamın qarşısında bərk səslə “alçaq", "şərəfsiz" deyib durur və... anidən birisi həmin yüz adamın içindən bir addım önə çıxaraq deyir ki: “buyurun, eşidirəm...”

Ayrıca, Əli Kərimli!

Bu ölkənin dəyərli insanları haqda danışarkən - ağlın, başın, keçmişin qalsın bir yana, hərdən dilin qarşısında da hesabat verməyi bacar. Gör, illərdir yalanı- yalana, böhtanı-böhtana calayan o dil -haqqında danışdığım həmin dəyərli insanların adının çox yox, bircə hərfini öz üzərinə almağa, götürməyə layıqdir, yoxsa yox! Və ya sənin, ətrafının, elektoratının yüz misli belə gəlsə, inan ki yenə də nə Ramiz müəllimin, nə də digər dəyərli şəxslərin bir atılan dırnağı etməz. 

Amma... yox əgər illah ki, bu iqtidardan kimlərisə vuracam deyirsənsə, o zaman bir az aşağılara bax. Bir az da mövcud iqtidarın cəbhəsində sənin və səninkimilərin əlinə oynayan nadürüstlərdən danış. O nadürüstlər ki, pırıl-prırıl gəncləri, istedad yığınaqlarını, dövlətə və dövlətçiliyə canı ilə bağlı olanları radikal müxalifətçi eləmək üçün əllərindən gələni əsirgəmirlər. O nadürüstlər ki, YAP hakimiyyətinin getməsini səndən yüz qat daha artıq istəyirlər. O nadürüstlər ki, təmsil olunduqları hakimiyyətə qarşı hər gün yüz Emin Milli yaratmağa qərarlıdırlar!

Edə bilərsənmi bunu? Etməzsən təbii... Çünki, sənə sərf etməz. Çünki, sənin hədəfin ƏSL kişilərdir. O kişilər ki... bundan sonrakı ömrünü raket sürəti ilə də yüksəlməyə qalxsan, sərf etsən, yenə həmin kişilərin səviyyəsinə çata bilməyəcəksən!"

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc