“Sənin Deyiləm” akustik tərzdə - VİDEO

“Sənin Deyiləm” akustik tərzdə - VİDEO
MAQAZİN
11:07 13.02.2026
244

Xalq artisti Röya Ayxan akustik layihələri ilə dinləyicilərinə fərqli ovqat bəxş etməyə davam edir.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi bu dəfə "Sənə Ehtiyacım Var” albomunda yer alan və qısa zamanda hitə çevrilən "Sənin Deyiləm” mahnısını tamam başqa çalarda təqdim edib.

Layihə Türkiyədə peşəkar səsyazma studiyasında, musiqi rəhbəri Sezgin Tellaoğlu olan orkestrin canlı müşayiəti ilə ərsəyə gəlib.
 
Mahnının söz və musiqisi müəllifi Sevər İbrahimdir. 

Ekran işi də peşəkar heyətə həvalə olunub. Layihənin rejissoru Kemal Başbuğ, operatoru isə Sezgin Denkçidir. Vizual həll və canlı orkestr harmoniyası sənətçinin akustik performansını daha da möhtəşəm göstərir.

OXŞAR XƏBƏRLƏR