"Sənin kimi ağsaqqalım olmaqdansa, Konçita kimi müğənnim olmağı məsləhətdir! "- Tolik

MAQAZİN
12:01 11.06.2014
3604
“Bunun universitetdə öyrətdiyi tələbə nə olacaq?”.
Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov mətbuatda gey, mavi aparıcıları sərt tənqid edib və onların efirdən uzaqlaşdırılmaları barəsində fikirlər yürüdüb.
Həkimin bu sözlərinə biganə qalmayan prodüser Tolik həkimi öz İnstagram səhifəsində təhqir edib:
“Bu kişinin Əli Mirəliyevdən fərqi odur ki, bu, savadlıdır. Amma danışığı, fikirləri Əli Mirəliyevlə birdir. Buna ağsaqqal deyənin ağlı yoxdur. Bunun universitetdə öyrətdiyi tələbə nə olacaq? Gör biz nə günə qalmışıq ki, bu ölkədə ağsaqqal da aparıcılara, “mavi”lərə söz atıb, efirlərin bağlanmasından danışır. Sənin kimi ağsaqqalım olmaqdansa, Konçita kimi müğənnim olmağı məsləhətdir!”.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR