‘Səninlə, sənin siyasi fikirlərinlə razı deyiləmsə, mən düşmənəm?’ - Anar

MƏDƏNİYYƏT
14:53 30.07.2013
1647

"Vətənpərvərlik deyərkən mən hər şeydən əvvəl mənəviyyat barədə düşünürəm".

AZXEBER.COM xəbər verir ki, bu barədə yazıçı Anar day.az saytına müsahibəsində deyib. "Vətənpərvərliyin təhlükəli tərəfi var - yalançı vətənpərvərlik. Tolstoyun bu məsələdə kifayət qədər sərt sözləri var, amma həqiqətə uyğundur: "Vətənpərvərlik yaramazların son sığınacağıdır". Mənim üçün vətənpərvərlik bəyannamə deyil, öz peşəmə əsaslanan xeyirxah işdir. Mənim üçün uğurlu əməliyyatlar həyata keçirən və heç vaxt vətənpərvərlikdən danışmayan həkim daha çox vətənpərvərdir, nəinki bütün günü vətənpərvərlik haqqında danışan, amma heç nə bacarmayan adam", - o əlavə edib. Yazıçı bəziləri üçün vətənpərvərliyin satışa çıxarılan məhsul olduğuna təəssüf edir. "Vətənə sevgidən danışmaq "Mən atamı və anamı sevirəm" demək kimi bir şeydir. Təbii ki, normal oğul atasını və anasını sevməlidir, bunu hər tərəfdə demək nəyə lazımdır ki? Ən yaxşısı, bu vətən üçün xeyirli bir iş görməkdir. Bu əsl vətənpərvərlik olar. Bir məqama toxunmaq istəyirəm. İndi sovet dövrünü söymək dəbə minib, amma bir çox incəsənət, ədəbiyyat nümunələri məhz həmin dövrdə yaranıb. Qara Qarayev, Fikrət Əmirov, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov sovetlər dövründə yaradıblar. İndi bütün bunların üstündən xətt çəkmək istəyirlər? Belə şeyləri çox vaxt müxalifət mətbuatında oxumaq olar. Belə ideyaların müəllifləri 70 illik incəsənəti və ədəbiyyatı təkzib etmək istəyirlər. Onların fikrincə, sovetlər dövründə olanların heç biri işə yaramır. Bu çox yoxsul və primitiv düşüncə tərzidir. Qeyd etmək istəyirəm ki, müxalifətdə də layiqli insanlar var. Amma "mənimlə olmayan mənim düşmənimdir" kimi bolşevizm prinsipi ilə yaşamaq olmaz. Əgər tolerantlıq, demokratiya və plüralizm haqqında danışırıqsa, başqasının da fikrinə hörmətlə yanaşmalıyıq. Səninlə, sənin siyasi fikirlərinlə razı deyiləmsə, mən düşmənəm?"

OXŞAR XƏBƏRLƏR