Şenol Günəş: "Türkiyə millisi bu nəticədən dərs çıxarmalıdır"

Şenol Günəş: "Türkiyə millisi bu nəticədən dərs çıxarmalıdır"
SOSİAL
17:14 20.06.2026
222
Türkiyə millisinin Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq 2026-cı ilin Dünya Çempionatı ilə vidalaşması qardaş ölkədə böyük üsüntü ilə qarşılanıb.

Milli komandanın keçmiş baş məşqçisi Şenol Günəş də məsəlyə münasibət bildirib.

Günəş bildirib ki, komandanın məsul şəxsi baş məşqçi Vincenzo Montelladır və cavabları da o verməlidir.

TRT Spor-a danışan Şenol Güneş deyib:

"Ümidlərimiz çox böyük, hədəfimiz yüksək idi. Kağız üzərində hətta 1/4 finala qədər gedə biləcəyimizi düşünürdük. Oyun və qol vəziyyətləri baxımından üstün idik, yaxşı görünürdük, amma nəticə ala bilmədik. Futbolçuların fərdi keyfiyyəti baxımından da üstün tərəf biz idik”.

Paraqvayın müdafiə futbolu oynayacağını gözlədiklərini bildirən mütəxəssis əlavə edib:

"Rəqib ilk zərbəsində qol vurdu. Onsuz da onların müdafiə olunacağını gözləyirdik. Yaxşı qapanırlar və sürətli əks-hücumlar qururlar. İlk qolda rəqibə çox boşluq verdik və zərbə vurmasına imkan yaratdıq”.

O, Türkiyə millisinin oyununda keyfiyyət çatışmazlığının hiss olunduğunu vurğulayıb:

"Futbolçularımızın istedadına uyğun nəticə gətirəcək hərəkətlər olmadı. Cinahlarda müəyyən üstünlüklər əldə etdik, amma qolu tapa bilmədik. On nəfər qaldıqları halda belə, rəqib hücuma çıxanda yenə səhvlər etdik. Bu cür keyfiyyət çatışmazlığı Dünya Kuboku səviyyəsində dərhal görünür”.

Montella haqqında danışarkən isə Şenol Güneş bunları deyib:

"Vincenzo Montella əlindən gələnin ən yaxşısını etməyə çalışır. Məsul şəxs odur və cavabları da o verəcək. Biz rəqiblərdən zəif deyildik, amma onlardan daha yaxşı futbol oynamadıq. Heyətdə 11 fərqli oyunçu olsa belə, çox şeyin dəyişəcəyini düşünmürəm. Həm məşqçi, həm də futbolçular bu nəticədən dərs çıxarmalıdırlar.

Futbolçuların nə qədər üzgün olduqlarını bilirəm, amma artıq ediləcək bir şey yoxdur. Günahkar axtarmaq yox, nəticədən nəticə çıxarmaq, yeni fikirlərlə daha doğru yolu tapmaq lazımdır”.

Xatırladaq ki, Şenol Güneşin rəhbərliyi altında Türkiyə millisi 2002-ci ilin Dünya Çempionatında 3-cü yeri tutaraq tarixinin ən böyük uğurlarından birini qazanmışdı.
 
/modern.az
OXŞAR XƏBƏRLƏR