"Sənsiz ilk bayramım olacaq, ana" - Təranənin qızı

"Sənsiz ilk bayramım olacaq, ana" - Təranənin qızı
SOSİAL
10:08 24.12.2018
6338
Hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın qızı Suel anası ilə bağlı paylaşım edib.

Suel şeir deyərkən yayımladığı fotonu İnstaqram səhifəsində yerləşdirib. 

O, paylaşımına "Məktəbimizdə olacaq bayram proqramında şeir söyləyəcəm. Sənsiz ilk bayramım olacaq, ana" sözlərini yazıb. 

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub.
Təranə Səmədova iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
 
//Axşam.az
OXŞAR XƏBƏRLƏR