Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xəbər verir ki, bir çox sənət adamı paylaşım edərək sənətkara can sağlığı arzu edib.
Əməkdar artist Aybəniz Haşimova da Arif Babayev ilə fotosunu yayımlayaraq bu sözləri yazıb:
"Arif müəllimi Allah qorusun. Sənsiz muğam da, səhnə də yetim qalacaq. Tez sağal ustad".
Xatırladaq ki, Xalq artisti Arif Babayev 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Aysel