Sentyabr ayı üçün maliyyə ulduz falı: Hansı bürclər pul qzanacaq?

Sentyabr ayı üçün maliyyə ulduz falı: Hansı bürclər pul qzanacaq?
SOSİAL
13:53 29.08.2026
113
2026-cı il üçün ulduz falı insanların maliyyə vəziyyəti ilə bağlı proqnozlar verməklə yanaşı, varlanmaqla bağlı məsləhətlər də təqdim edə bilər. 

Astroloq İrina Nijnik "Unian" üçün bütün bürclər üçün proqnoz hazırlayıb. O, hansı bürclərin maliyyə baxımından bəxtinin gətirəcəyini, hansılarının isə xərclərinə daha diqqətlə nəzarət etməli olduğunu bildirib.

2026-cı ilin sentyabr ayı üçün tam maliyyə ulduz falı

Astroloq hansı bürclərin maddi vəziyyətini yaxşılaşdırmaq üçün daha böyük şanslara malik olacağını açıqlayıb. O, həmçinin sentyabr ayında bəzi insanların qarşılaşa biləcəyi maliyyə çətinlikləri barədə xəbərdarlıq edib.

Qoç

Maliyyə məsələlərində nizam yaratmaq və xərclərə daha diqqətlə nəzarət etmək vacibdir. Bu, xüsusilə borclara, kreditlərə və iri alış-verişlərə aiddir. Böyük alışları emosiyaların təsiri altında etməmək, əvvəlcə həmin əşyanın həqiqətən lazım olub-olmadığını düşünmək tövsiyə olunur.

Buğa

Sentyabr iş proseslərini qaydaya salmaq üçün əlverişli aydır. Söhbət böyük məbləğlərdən gedirsə, tələsmək olmaz. Hər bir maliyyə riskini əvvəlcədən qiymətləndirmək və hesablamalar aparmaq daha məqsədəuyğundur.

Əkizlər

Əsas vəzifə işləri xaotik şəkildə görməməkdir. Sentyabrın 11-dəki Yeni Ay işdə və ya iş qrafikində dəyişikliklərə sövq edə bilər. Ayın sonlarına yaxın ünsiyyət, yeni əlaqələr və maraqlı imkanlar yarada biləcək ideyalar artacaq.

Xərçəng

Yupiter maliyyə sahəsini aktivləşdirməyə davam edir və buna görə gəlirləri artırmaq potensialı var. Lakin imkanlarla yanaşı xərclər də arta bilər. Ayın sonunda karyeranız qətiyyətli addımlar tələb edəcək. Astroloq daha fəal hərəkət etməkdən çəkinməməyi tövsiyə edir.

Şir

Maliyyə sentyabrın əsas mövzularından birinə çevriləcək. Qız bürcündə Yeni Ay sizi maliyyə məsələlərində nizam yaratmağa, yeni maliyyə strategiyası hazırlamağa və ya əlavə gəlir mənbəyi tapmağa sövq edə bilər. Şirdə olan Yupiter inkişafı və daha böyük maliyyə imkanlarını dəstəkləyir. Lakin bu, pulu düşünmədən xərcləmək üçün səbəb deyil.

Qız

Sentyabrın 10-dan sonra maliyyə məsələləri ön plana çıxacaq. Ayın ikinci yarısı ödənişlə bağlı danışıqlar aparmaq, iş şərtlərinə yenidən baxmaq və peşəkar dəyərinizi qiymətləndirmək üçün əlverişli olacaq. Müştərini itirmək qorxusuna görə daha az məbləğə razılaşmayın.

Tərəzi

Sentyabrın 10-dan sonra Venera maliyyə sahəsinə keçəcək və əlavə qazanc imkanları yaradacaq. Eyni zamanda daha çox pul xərcləmək istəyi də güclənə bilər. Ayın ortalarında maliyyə manipulyasiyalarına uymamaq və emosiyaların təsiri altında riskli qərarlar qəbul etməmək daha yaxşıdır.

Əqrəb

Sentyabr tanışlıqlar və komanda layihələri vasitəsilə işləmək üçün uğurlu olacaq. Hər şeyi təkbaşına etməyə çalışmayın. Başqalarının dəstəyi işlərinizi əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Ayın sonunda peşəkar sahə daha da aktivləşəcək və yeni imkanlar və planlar yaranacaq.

Oxatan

Sentyabrın ilk yarısı karyera baxımından xüsusilə əhəmiyyətli olacaq. Sentyabrın 11-dəki Yeni Ay maraqlı layihə, yeni vəzifə, fəaliyyət istiqamətinin dəyişməsi və ya özünüzü daha fəal şəkildə göstərmək istəyi gətirə bilər. Astroloq belə fürsəti əldən verməməyi tövsiyə edir.

Oğlaq

Yupiter ortaq maliyyə və investisiyalar üçün əlverişli şərait yaradır. Lakin mühüm qərarlardan əvvəl hər şeyi diqqətlə hesablamaq və yalnız nikbinliyə güvənməmək lazımdır. Sentyabrın ikinci yarısında karyera və peşəkar status daha çox diqqət tələb edəcək.

Dolça

Sentyabrın 11-dəki Yeni Ay maliyyə məsələlərində nizam yaratmağa kömək edəcək. Bu dövr kreditlər, vergilər, investisiyalar və borclarla bağlı məsələləri həll etmək üçün əlverişlidir. Mühüm maliyyə razılaşmalarını yalnız şifahi formada deyil, sənədlə rəsmiləşdirmək daha yaxşıdır. Ayın ortasından sonra nüfuzlu insanlar və ya peşəkar əlaqələr vasitəsilə yeni qazanc imkanları yarana bilər.

Balıqlar

Sentyabrın 26-dakı Dolunay diqqəti şəxsi gəlirlərinizə yönəldəcək. Müəyyən maliyyə mərhələsi başa çata və ya qazanc əldə etməyin adi üsulunu dəyişdirməyin vaxtının gəldiyi aydınlaşa bilər. Ayın sonunda spontan alış-verişlərdən və emosiyaların təsiri altında pul xərcləməkdən çəkinmək daha yaxşıdır.
 
//demokrat.az
OXŞAR XƏBƏRLƏR