Sənubər İskəndərli serialdan niyə uzaqlaşdı?

MAQAZİN
14:14 30.01.2013
3073

Söhbət artıq 2-ci ildir ki, efirdə gedən və ətrafına yetərincə tamaşaçı kütləsi toplayan “Qaynana” serialından gedir.AZXEBER.COM-un məlumatına görə, son zamanlar serialdan Sənubər xanımın uzaqlaşması ilə bağlı şayiələr yayılır. Şayiələrdən biri də Xanım Qafarovanın Sənubər İskəndərlinin yerini alması ilə bağlıdır.

Deyilənlərə görə məhz onun səbəbidir ki, Püstə nənə Afət gedəndən sonra hegemonluq edir. Şayiələrlə bağlı rejissorun fikrini öyrənmək istəsək də rejissor suallarımıza cavab vermək istəmədi. Afət serialdan getməyibsə bəs ssenari üzrə hara getdi? Gələn seriyalarda nə baş verəcək? Bu suallara rejissordan yaxın günlərdə cavab istəyəcəyik.

OXŞAR XƏBƏRLƏR