SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub

SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
SİYASƏT
23:42 06.03.2026
651
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cəmiyyət arasında vahimə yaratmaq və ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədilə Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqunda terror aktları törətmək istəyib.

AZXEBER.COM xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu terror planlarının qarşısını alması barədə məlumat "AzTV"də yayılıb.

Araşdırma zamanı müəyyən edilib ki, İran vətəndaşları Rustamzada Behnam Sahibali və Zandkian Yaser Rahim Azərbaycan vətəndaşı Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradaraq ölkə ərazisinə partlayıcı qurğuların keçirilməsini təşkil ediblər. Səbail rayonu, Şıxov qəsəbəsi yaxınlığında yerləşdirilmiş konteynerdə 7 kiloqram 730 qram "C-4" tipli partlayıcı maddə aşkarlanıb.

İstintaqla həmçinin müəyyən olunub ki, SEPAH-la əlaqəli şəxslərin tapşırığı ilə ölkə ərazisinə daha iki "C-4" tipli uzaqdan idarə olunan partlayıcı qurğu keçirilib və müxtəlif yerlərdə gizlədilib. Eyni zamanda Qaradağ rayonu ərazisində 1 280 qram çəkidə, təsir radiusu 250–300 metr olan daha bir partlayıcı qurğu müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR