SEPAH Qəzzada güzəştə hazır olduğunu deyib

SEPAH Qəzzada güzəştə hazır olduğunu deyib
DÜNYA
20:48 30.05.2024
140
İsrail İran konsulluğuna hücumuna cavab verməmək üçün Tehrana Misir XİN vasitəsilə Qəzzadakı müharibədə güzəştə gedəcəyinə dair mesaj göndərib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Kosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə deyib.

Onun sözlərinə görə, İsrail Misirin xarici işlər naziri vasitəsilə Tehrana İranın Suriyadakı konsulluğuna hücuma cavabının qarşısını almaq üçün Qəzzada güzəştə gedəcəyi barədə mesajlar göndərib.

General İranla eskalasiyanın İsrailə baha başa gəldiyini qeyd edib.

Onun sözlərinə görə, aprelin 13-də İranın hücumlarının qarşısını almaq üçün 221 İsrail qırıcısı yüksək hazırlıq vəziyyətində olub.
OXŞAR XƏBƏRLƏR