SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib

DÜNYA
11:47 09.02.2025
191
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ölkənin ali rəhbəri Seyid Əli Xameneidən nüvə silahından istifadədən qadağanı nəzərdə tutan fətvanı geri götürməsini tələb edib.

Bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşri mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, buna səbəb kimi Tehranda həssaslığın artması nəticələnən ABŞ Prezidenti Donald Trampın seçilməsi göstərilir:

"Bu, çox gec olmadan İranın nüvə silahını əldə etməsi üçün son şansdır", - mənbə yazıb.

Xatırladaq ki, Seyid Əli Xamenei 2005-ci ildə nüvə və kütləvi qırğın silahlarının günahsız insanlara qarşı istifadəsini qadağan edən fətva verib. 2024-cü ilin noyabrında İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi bəyan etmişdi ki, Tehranı nüvə silahı hazırlamağa başlamasından ayıran yeganə vasitə fətvadır.

Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı yaratmağa can atmadığını, doktrinada belə silahlardan istifadənin nəzərdə tutulmadığını bildirmişdi.
 
///report

OXŞAR XƏBƏRLƏR