Separatçı katalon siyasətçi Karles Puçdemon 7 il İspaniyada qaldıqdan sonra ölkəsinə qayıdıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Puçdemon separatçı siyasi təşəbbüslərdən sonra barəsində açılan məhkəmə prosesi ilə əlaqədar ölkəni tərk edib, daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
2017-ci ilin oktyabrında Belçikaya qaçan Puçdemon Barselonaya qayıtdıqdan sonra Kataloniya bayraqları tutan minlərlə tərəfdarına müraciət edib.
İspaniya hakimiyyətini separatçı Kataloniya siyasətçilərinə "təzyiq etmək"də günahlandıran Puçdemon "Kataloniya xalqının səsini eşitdirmək istədiyimiz üçün son 7 ildə təqiblərə məruz qaldıq", - deyib.