Serb Respublikası Prezidentinin mandatı ləğv edilib

Serb Respublikası Prezidentinin mandatı ləğv edilib
DÜNYA
18:48 06.08.2025
231
Bosniya və Herseqovinanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün Serb Respublikasının Prezidenti Milorad Dodikin mandatını ləğv edib.

Bu barədə "Associated Press” məlumat yayıb.

MSK-dan bildiriblər ki, Dodik bu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.

Qərarın qüvvədə qalacağı halda 90 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.

Cümə günü Bosniya və Herseqovina Məhkəməsinin Apellyasiya Palatası ölkənin Konstitusiya Məhkəməsinin Dodikə qarşı çıxardığı hökmü - bir il müddətinə həbs cəzasını və sonrakı altı il ərzində dövlət vəzifələrində çalışmaqla bağlı qadağanı təsdiqləyib.

Hökm Dodikin Bosniya və Herseqovina üzrə ali nümayəndə Kristian Şmidtin (Serb Respublikası tərəfindən legitimliyi tanınmır) sərəncamlarını yerinə yetirməməsi ilə əlaqədar çıxarılıb.
 
///report
OXŞAR XƏBƏRLƏR