Serbiya Prezidenti Azərbaycanla enerji sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb
SİYASƏT
18:22 15.02.2026
274
Azərbaycan və Serbiya arasında elektrik enerjisi sahəsində əməkdaşlıqla bağlı atılmalı olan addımların tezliklə həyata keçirilməsinə ehtiyac var.
AZXEBER.COM xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
O qeyd edib ki, "Serbia Qaz" və SOCAR arasında danışıqlar aparılıb və müəyyən sənədlər imzalanıb:
"Ümid edirəm, layihələndirmə tezliklə - 2-3 ay ərzində həyata keçiriləcək və stansiyanın tikintisi işinə başlanacaq. Bu stansiyanın tikintisi 2 il də çəkə bilər. Amma 2029-cu ildə bizim artıq Niş şəhəri ətrafında enerjimiz olacaq".