Serbiya ilə Kosovo arasında bir müddətdir davam edən gərginlik pik həddə çatıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiçin orduya və polisə bu gecədən etibarən "hazır olmaq” əmri verdiyi bildirilir.
Müdafiə naziri Miloş Vuçeviç de Vuçiçin Serbiya ordusuna "ən yüksək döyüş hazırlığında" olma təlimatı verdiyini ifadə edib.
O, bunun lazım gələrsə, silahlı qarşıdurma anlamına gələ biləcəyini söyləyib.
Ayşən