Serbiyada 6 nəfər yanaraq öldü

DÜNYA
12:09 23.08.2024
155
Serbiyanın Novi Sad şəhərində bir evdə baş verən yanğında 4-ü uşaq olmaqla 6 nəfər ölüb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə gedən yanğınsöndürənlər yanğını nəzarətə götürərək 2 saatlıq müdaxilədən sonra söndürməyi bacarıblar.
 
Polis yanan evə baxış keçirərək, 4-ü uşaq olmaqla 6 nəfərin eyni ailədən olduğunu müəyyən edib.
 
Serbiyanın Daxili İşlər Naziri İvitsa Daçiç verdiyi açıqlamada yanğının elektrik skuterin doldurulması nəticəsində baş verdiyini və həyatını itirənlərin cəsədlərinin yarılma üçün morqa göndərildiyini bildirib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR