Serbiyada hərbi müəssisədə partlayış baş verib

Serbiyada hərbi müəssisədə partlayış baş verib
DÜNYA
23:24 19.06.2021
510
Serbiyanın Cacak qəsəbəsi yaxınlığındakı "Sloboda” hərbi müəssisədə partlayış baş verib.

"Report” "TASS”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Partlayış yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) qeydə alınıb. Yerli sakinlər sosial şəbəkələrdə partlayışın fotolarını yerləşdirirlər.

Hələlik zərərçəkənlər barədə məlumat verilmir. Bildirilib ki, bu iyun ayı ərzində müəssisədə baş verən ikinci hadisədir.
OXŞAR XƏBƏRLƏR