Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenvaçda hərəkətdə olan avtomobildən avtomat tüfənglə atəş açılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 8 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.
"Qasırğa” adlı əməliyyata başlanıldığı bildirilən açıqlamada hadisəni törədən 21 yaşlı U.B.-nin mühasirəyə alındığı, lakin onun təslim olmaq istəmədiyi və atəş açmağa davam etdiyi bildirilib.
Daxili işlər naziri Bratislav Qasiç hadisəni "terror aktı” kimi qiymətləndirib.
Qeyd edək ki, Serbiyada çərşənbə günü məktəbdə 14 yaşlı 7-ci sinif şagirdi K.K-nın silahla həyata keçirdiyi hücumda 1 təhlükəsizlik işçisi də daxil olmaqla 8 uşaq 9 nəfər həyatını itirib.
Mikayıl