Türkiyəli müğənni və yüzlərlə hit mahnının bəstəkarı Sərdar Ortaç müəlliflik hüquqlarını satıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu sənətçinin yaxın dostu aparıcı Mehmet Əli Ərbil qonaq olduğu verilişdə açıqlayıb.
Ərbil Ortaçın bunu qumar oynamaq üçün etdiyini də etiraf edib:
"Sərdar müəlliflik hüquqlarını bir adama satıb. İndi onun mahnıları harada səslənsə, həmin adam pul qazanır. Bilirsiniz o bunu niyə edib? Evində oturub qumar oynamaq üçün. Mən onun ən yaxın dostuyam, bunu məndən yaxşı heç kəs bilmir. Bunu necə etmık olar? Müəlliflik hüququ Sərdarın ölənəcən pul qazanması demək idi".
Aysel