Serebral iflicli amerikalı aktyor Rori Sayks Malibudaa baş verən yanğında yanaraq vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun 32 yaşı var idi.
Şiddətli yanğından sonra onun cəsədi yaşadığı evdə tapılıb.
Rorinin anası Şell isə qolu sındığı və sarğıda olduğu üçün onu çıxara bilmədiyini deyib.
Qadın çölə qaçmağa müvəffəq olsa da oğlunu xilas edə bilməyib. Kömək dalınca gedən Şell, yanğınsöndürənlərlə birlikdə evə gələndə artı gec olub.
Onun sözlərinə görə yanğın zamanı oğlu ona "Ana, məni burada qoy və özünü xilas et" deyə yalvarıb.
Aysel