"Serebro" Bakıya gəlir

"Serebro" Bakıya gəlir
MAQAZİN
19:30 07.10.2013
1221
Oktyabrın 20-də Rusiyanın məşhur “Serebro” qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək. 
AZXEBER.COM-un məlumatına görə, qızların gəlişinə az qalmış qrupda dəyişiklik baş verib. Belə ki, beş ildir qrupda çalışan Anastasıya Karpovanı indi 23 yaşlı Dariya Şaşina əvəz edəcək.Konsertin təşkilatçısı Əli Hüseynov AN SPRESS-ə açıqlamasında qrupdakı dəyişikliyin Bakı konsertinə heç bir aidiyatı olmayacağını vurğulayıb: “Bildiyim qədər qızlar yola getmirdilər. Bu səbəbdən dəyişiklik baş verdi. Həm də qrupu tərk edən Anastasiya solo karyeraya başlayır. Deyilənə görə, yeni solist də çox istedadlı qızdır. Onlar Bakıya gələcəkləri günü gözləyirlər. Əminəm ki, konsertin möhtəşəm keçməsində yeni üzvün də əməyi olacaq”.Onu da bildirək ki, paytaxtdakı Jumeriah otelində baş tutacaq konsertə “Serebro” ilə eyni səhnəni gənc və istedadlı müğənni Ülvi Rəşidov bölüşəcək.Səhərə qədər diskoteka ilə davam edəcək konserdə DJ-lər Çina, Alıgee, Razı Freeman və Seym gəncləri əyləndirəcək. Konsertin digər təşkilatçısı Elşən Səfərsoydur.
OXŞAR XƏBƏRLƏR