“Şərəf üçün oynayırıq” - Yurçeviç

“Şərəf üçün oynayırıq” - Yurçeviç
İDMAN
22:58 18.11.2019
19996
"Sabah qrupdakı son oyunumuzu keçirəcəyik. Bu oyunun nəticəsi rəqib üçün daha vacibdi. Çünki onlar bizi məğlub edib, Uelsdəki matçın heç-heçə bitməsini arzulayırlar. Amma biz də sabahkı görüşdə uğur qazanmağa çalışacağıq”.

ASXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Nikola Yurçeviç sabah Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Xorvat mütəxəssis milli üzvlərinin şərəf üçün oynayacaqlarını bildirib: "Komandamız motivasiyalıdır. Şərəf üçün oynayırıq. Uğurlu nəticə qazanmaq üçün bütün gücümüzü meydanda qoyacağıq. Cəmi 1 xalımız var. Amma yalnız bir görüşdə xal qazanmaq şansımız olmayıb ki, bu da məhz Slovakiya ilə qarşılaşma idi. Rəqib güclüdür. Onlar müasir futbol sərgiləyirlər”.

Yığmamızın çalışdırıcısı bildirib ki, millimiz sabahkı oyuna ciddi itkilərlə çıxa bilər:

"Heyətdə dəyişiklik olacağı istisna deyil. Amma bu barədə indi dəqiq nəsə deyə bilərəm. Heyətdə problemlərimiz var. Maksimlə Mahirin oynamayacağı əvvəldən məlum idi. Amma Paşayev, Nazarov və Almeydanın da oynaması şübhə altındadı. Son durumları sabah səhər bilinəcək. Ona görə də heyətdə dəyişikliklər olması istisnad deyil”.

Yurçeviç komandamızı sabahkı görüşə motivasiya etməyin çətin olması ilə bağlı sualı belə cavablandırıb:

"Bir tərəfdən komandamızı bu oyuna motivasiya etmək çətin olacaq. Slovaklar üçün 3 xal daha vacibdi. Amma futbolçularımız peşəkardılar. Nə etməli olduqlarını bilirlər. Qrupda cəmi 1 xal qazanmışıq. Ümumi götürdükdə, digər komandalar bizdən daha üstündülər. İlk matçda Slovakiyaya 1:5 hesabı ilə uduzmuşduq. Bu məqam da futbolçuların sabahkı görüşə motivasiyasını artırmalıdır”.

Xorvat məşqçi yığmamızın son 2 oyunda qol vura bilməməsi haqda da danışıb:

"Bəli, rəsmi olaraq son 2 oyunda qol vura bilməmişik. Amma Macarıstanla görüşdə bütün dünyada gördü ki, təmiz qolumuzu saymadılar. Hazırda hücumçu mövqeyi ilə bağlı problemlərimiz var. Ramil Şeydayev, Renat Dadaşov və Mirabdulla Abbasov klublarında da müntəzəm oynamırlar və belədə tez-tez fərqlənə bilmirlər. Amma düşünürəm ki, Şeydayev və Renat Azərbaycan üçün vacib futbolçulardı”.

Yurçeviç yığmadakı gələcək taleyi ilə bağlı sualı dəqiq cavablandırmayıb:

"Müqaviləmin müddətinə bitməsinə 2 ay qalıb. Bəli, bu, mənim üçün seçmə mərhələdə son rəsmi oyundu. Amma sonradan nə olacağını indidən bilmirik. Ona görə də yığmadakı fəaliyyətimlə bağlı nəsə deyə bilmərəm”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO