Serenay Mert Demirle bağlı sualları cavabsız qoydu

Serenay Mert Demirle bağlı sualları cavabsız qoydu
MAQAZİN
10:15 25.03.2024
167
Serenay Sarıkaya siması olduğu lüks zərgərlik brendinin tədbirinə getdiyi Cənubi Koreyadan qayıdarkən İstanbul hava limanında görüntülənib. 

AZXEBER.COM xəbər verir ki, jurnalistləri görüncə təəccüblənən gözəl aktrisa uzun müddətdir adı eşq dedi-qodularında hallanan müğənni Mert Demirlə bağlı suallardan qaça bilməyib.

İstanbul Hava Limanından ayrılarkən sualları cavablandıran Serenay Sarıkaya "Əslində danışılası bir şey yoxdur. Cənubi Koreyaya ilk dəfə getdim, orada çox gözəl vaxt keçirdim" deyib.

Xatırladaq ki, onlar arasında eşq dedi-qoduları Serenay Sarıkayanın Mert Dəmirin "Ateşe Düşdüm" mahnısının vokalisti olması ilə bağlı deyilənlərə "Bəli, vokalı mən ifa etmişəm" etirafından sonra yayılmışdı.
 
Aysel


OXŞAR XƏBƏRLƏR