Sergey Lavrov ABŞ ordusunu narkotik satışında ittiham etdi

Sergey Lavrov ABŞ ordusunu narkotik satışında ittiham etdi
12:58 11.02.2013
685

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ABŞ əsgərləri haqqında şok açıqlama verib.

AZXEBER.COM-un verdiyi məlumata görə, Lavrov onların Əfqanıstanda narkotik maddə qaçaqmalçılığı ilə məşğul olduğunu bildirib.

Rusiyalı nazir bu haqda əllərində informasiyalar və materiallar olduğunu iddia edir. Sergey Lavrov Amerika əsgərlərinin nə qədər güclü olsalar da, Əfqanıstandakı problemləri həll etməyə qadir olmadıqlarını deyib. Onun sözlərinə görə, bu gedişlə narkotik maddə alveri Orta Asiya və Şimali Qafqazda da genişlənə bilər.

OXŞAR XƏBƏRLƏR