Sergey Lavrov: "Azərbaycan və Ermənistan xarici işlər nazirləri faydalı razılaşmalara nail olublar"

SİYASƏT
15:24 17.04.2019
2648

"Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında əldə edilən razılaşmalar faydalıdır".

Bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovSerbiya xarici işlər naziri İviça Daçiçlə görüşünün yekununa həsr olunan mətbuat konfransında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Rusiyanın vasitəçiliyi ilə aprelin 15-də keçirilən danışıqları şərh edərkən deyib.

"Moskvada bazar ertəsi günü keçirilən görüşün yekunlarına görə, humanitar tədbirlərə bağlı görüşün yekun birgə bəyanatında müfəssəl şəkildə qeyd olunub. Bu tədbirlərin məğzi vəziyyəti xüsusilə də əkinçilik işləri dövründə sabitləşdirmək üçün tərəflərin əlavə səylər göstərmək zərurətinə razılıq vermək, həbs yerlərində saxlanılanların yaxınları üçün onlarla görüşməyə gəlmələrinə rəvac vermək, habelə insanlar arasında, xüsusilə də media nümayəndələri arasında təmaslara dəstək verməkdir”, – Rusiyanın XİN başçısı vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin bu danışıqlar çərçivəsində həllinə dair 2016-cı ildə verilən təkliflərə toxunan S.Lavrov xarici işlər naziri Elmar Məmmədyarovun görüşün yekunlarına dair müsahibələrindən birində həmin təkliflərin müzakirə olunduğunu təsdiqlədiyini bildirib: "Həmin təkliflərin məğzinə gəlincə, həmsədr ölkələr Rusiya, Fransa, ABŞ rəhbərlərinin bir çox açıqlamasında təsbit olunmuş yanaşmalara uyğun gələn bu təkliflər tərəflər arasında ərazi bütövlüyü, xalqların müqəddəratının təyini, müdaxilələrə və güc tətbiqinə yol verməmək prinsiplərinə əsaslanan razılaşmalar əldə olunmasını ehtiva edir”.

Rusiyalı nazir dövlət başçılarının silsilə bəyanatlarını, habelə ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul olunmuş bəyanatları misal gətirib: "Orada işlərin bütün təməl istiqamətləri göstərilir. Təfərrüatlar isə təbii ki, məxfidir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:51 12.07.2020

Azərbaycan - Ermənistan sərhədindəki düşmən təxribatı Türkiyə mətbuatında - VİDEO

19:38 12.07.2020

“Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” - Xarici İşlər Nazirliyindən açıqlama

19:28 12.07.2020

AzTv şəhidlərimizə görə konsert proqramını təxirə saldı

18:55 12.07.2020

Müdafiə Nazirliyi: “Hər hansı ərazi itkisinə yol verilməyib”

18:45 12.07.2020

Prezidentin köməkçisindən cəbhədəki ən son vəziyyətlə bağlı - AÇIQLAMA

18:24 12.07.2020

Məşhur aktrisa və qızı koronavirusa yoluxdu

17:56 12.07.2020

Azərbaycanda COVID-19-la bağlı aparılan testlərin sayı 568 mini ötdü

17:38 12.07.2020

Azərbaycanda daha 520 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

17:28 12.07.2020

Azərbaycan ordusu düşməni geri çəkilməyə məcbur etdi: İki nəfər şəhid oldu, beş yaralı var - RƏSMİ

16:55 12.07.2020

Qazaxda minik avtomobili TIR-a çırpılıb, xəsarət alanlar var

16:20 12.07.2020

Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var

16:12 12.07.2020

Hafiz Paşayevin həyat yoldaşı vəfat etdi

15:55 12.07.2020

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışdı

15:36 12.07.2020

Nura aztəminatlı ailələrə yardım edəcək: Reklam üçün deyil

15:07 12.07.2020

İstanbul klubu dünya səviyyəli futbolçu transfer edir

14:58 12.07.2020

“Namaz qılıram, ibadətlə məşğulam” - Keçmiş nazir