Sergey Lavrov: “Üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir”

Sergey Lavrov: “Üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir”
SİYASƏT
13:34 07.04.2023
279
"Cənubi Qafqazda əməkdaşlığa ehtiyac var”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıdır: "Ümid edirəm ki, regionda olmayan ölkələr bizim əməkdaşlığımıza müdaxilə etməzlər".

S.Lavrov söyləyib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir.
 
///Report
OXŞAR XƏBƏRLƏR