Sergey Lavrov: "Qarabağ münaqişəsinin həllində yaxından iştirak etmişik"

SİYASƏT
13:16 14.01.2022
208
"Rusiya Qarabağ münaqişəsinin həll olunmasında yaxından iştirak edib".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

O deyib ki, biz müxtəlif münaqişələrin həlli ilə bağlı işlərə yaxından cəlb olunmuşduq: "Bunlar Qarabağ, Suriya, Liviya, Əfqanıstan, İranın nüvə proqramı, Fələstin, Koreya yarımadasındakı vəziyyətdir”.

XİN başçısı həmçinin Qazaxıstanın üz-üzə qaldığı "aşkar terror təhlükəsi”ni dəf etməyə Rusiya sülhməramlı qüvvələrin kömək göstərdiyini də söyləyib.
 
///Report

OXŞAR XƏBƏRLƏR