Sergey Lavrovdan Rusiyanın G20-yə qatılmaması ilə bağlı AÇIQLAMA

Sergey Lavrovdan Rusiyanın G20-yə qatılmaması ilə bağlı AÇIQLAMA
DÜNYA
17:56 01.09.2023
296
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin fikirlərinin bu ay keçiriləcək G20 Zirvə toplantısındakı bəyanatında da öz əksini tapmalı olduğunu bildirib.
 
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Moskva Dövlət Diplomatik İnstitutunda keçirilən tədbirdəki çıxışında Lavrov bildirib ki, Rusiya Qazaxıstan və Özbəkistanla birgə enerji layihələri üzərində işləyir.

Lavrov "Rusiya, Qazaxıstan və Özbəkistan liderləri arasında Qazaxıstanın infrastrukturundan istifadə edərək Özbəkistana təbii qazın çatdırılması ilə bağlı təmaslar olub. Bununla bağlı texniki işlər vaxt aparacaq, lakin bu, çox reallaşdırıla bilən layihədir”, - deyib.

Ukrayna böhranının həlli ilə bağlı Səudiyyə Ərəbistanında keçirilən və Rusiyanın dəvət olunmadığı zirvə ilə bağlı Lavrov "Səudiyyəli dostlarımız Ciddədə bu formatda daha bir görüş təşkil etmək istədiklərini bildirdilər. Onlar bunun yalnız Qərb iştirakçılarına və Ukraynanın özünə Rusiyanın iştirakı olmadan heç bir müzakirənin mənasız olacağı fikrini çatdırmaq üçün edildiyini söylədilər”, - deyə əlavə edib.

Lavrov Türkiyə ilə Suriya arasında normallaşma prosesinə də toxunub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin iştirak etməyəcəyi Hindistanda keçiriləcək G20 Sammiti ilə bağlı Lavrov "Bizim fikrimiz (G20-də) öz əksini tapmasa, bütün üzvlər adından ümumi bəyanat olmayacaq", - deyə bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR