Sergey Narışkin Türkiyəyə səfər edib

Sergey Narışkin Türkiyəyə səfər edib
DÜNYA
18:49 28.11.2025
66
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyə paytaxtına işgüzar səfər edib.

Bu barədə "Kommersant” nəşri məlumat yayıb.

Bildirilib ki, səfər zamanı görüşlərdə Ukraynadakı hərbi münaqişənin həlli müzakirə olunub.

"Kommersant” Türkiyə xarici işlər naziri Hakan Fidanın Narışkinin səfəri ilə bağlı danışdığını yazıb.

"Dünən cənab Narışkin Ankarada olub və orada bizə Rusiyanın Trampın sülh planı ilə bağlı mövqeyi barədə məlumat verib. Bu mövzuda irəliləyişlər var və biz bütün bunları qiymətləndirmişik”, - nəşr xarici işlər naziri Hakan Fidanın Berlində keçirilən mətbuat konfransındakı çıxışından sitat gətirib.
 
///apa
OXŞAR XƏBƏRLƏR