Sergey Şoyqu: Qərb Ukraynaya kəşfiyyat məlumatları ötürür

Sergey Şoyqu: Qərb Ukraynaya kəşfiyyat məlumatları ötürür
DÜNYA
19:56 26.04.2024
199
Qərb real vaxt rejimində Ukraynaya kəşfiyyat məlumatları ötürür.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri müdafiə nazirlərinin görüşündə deyib.

O bildirib ki, xarici "məsləhətçilər” Kiyevə Rusiya ərazisində təxribatlar hazırlamasına dəstək verir və prosesdə iştirak edirlər:

"Kəşfiyyat məlumatları Ukraynaya real vaxt rejimində ötürülür. Həmçinin Ukrayna hərbçiləri üçün təlimlər təşkil olunur. Qərbin hərbi mütəxəssisləri və muzdluları döyüş bölgəsindədir”.

S.Şoyqunun sözlərinə görə, ABŞ müharibəni məqsədli şəkildə uzatmağa çalışır.
 
///report
OXŞAR XƏBƏRLƏR