Sərhədçilər əməliyyat keçirdi - 8 nəfər saxlanıldı

Sərhədçilər əməliyyat keçirdi - 8 nəfər saxlanıldı
SOSİAL
11:02 05.11.2019
4140
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində əməliyyat-qoşun tədbirləri davam etdirilib.

AZXEBER.COM DSX-yə istinadən xəbər verir ki, 3 noyabr 2019-cu il tarixdə saat 00:20 radələrində Ağstafa rayonu yaxınlığında yerləşən "Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğlu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bukavazin Sevinc Qərib qızı 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il təvəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mədinə Aslan qızı, və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rəsul qızı olmaları müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR