"Sərhədin Tovuz istiqamətində vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır"

"Sərhədin Tovuz istiqamətində vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır"
SİYASƏT
12:57 21.07.2020
1039
"Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət ordumuzun tam nəzarəti altındadır".

AZXEBER.COM xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, düşmən təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan yaralananlar da var: "Hazırda onların müalicələri davam edir. Bəzi KİV nümayəndələri yaralı hərbçilərimizə baş çəkmək istəyirlər. Pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub. KİV təmsilçilərinin bunu nəzərə almalarını xahiş edirəm".
OXŞAR XƏBƏRLƏR