Türkiyədə olduğu qədər Azərbaycanda da tamaşaçıların marağına səbəb olan "İffet" serialında Cemil rolunu canlandıran aktyor İbrahim Çelikkol serialdakı tərəf-müqabili Dəniz Çakırla münasibətlərinə aydınlıq gətirib.
AZXEBER.COM-un məlumatına görə, cütlüyün münasibəti ilə bağlı “Habertürk” qəzetinin bu günkü buraxılışında maraqlı faktlar ortaya çıxıb. Araşdırmaçı-jurnalist Esin Evet bu günkü yazısında Dəniz Çakırın İbrahim Çelikkoldan hamilə qaldığını, amma serial səbəbi ilə cütlüyün körpəni aldırmaq qərarına gəldiyini yazıb.
Güləsər Qasımova