Şərif Şərifov da çempion ola bilmədi

Şərif Şərifov da çempion ola bilmədi
İDMAN
21:42 22.09.2019
11097
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatının sonuncu qarşılaşması baş tutub.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, 97 kiloqram çəki dərəcsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov rusiyalı üçqat dünya çempionu Abdulrəşid Sadullayevlə yarışıb.

İlk hissəni 0:3 hesabla uduzan Şərif, ikinci hissədən də 0:4 hesabla məğlub ayrılıb. O, gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, bundan əvvəl Cəbrayıl Həsənov da 79 kiloqram çəkidə gümüş medal qazanmışdı. 
OXŞAR XƏBƏRLƏR