Sərinləmək üçün girdiyi göldə can verdi

Sərinləmək üçün girdiyi göldə can verdi
DÜNYA
21:04 18.06.2024
174
Xəzər gölünə sərinləmək üçün girən şəxs boğulub. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Elazığ bölgəsində baş verib. 

Belə ki, gölün sahilinə dostları ilə piknikə gedən və sərinləmək üçün suya girən şəxs boğularaq ölüb. 

Əldə edilən məlumata görə, Mehmet Səlim Köroğlu adlı şəxs (37 yaş) dostları ilə gəzintiyə çıxıb. İstidən sərinləmək üçün suya girən Köroğlu bir müddət sonra yoxa çıxıb.
 
Dostlarının xəbər verməsindən sonra hadisə yerinə polis və təcili yardım qrupları göndərilib.  

Digər tərəfdən, Köroğlunun Şanlıurfadan gəldiyi bildirilib. 

Hadisə ilə bağlı istintaq davam edir. 

Oksana 
OXŞAR XƏBƏRLƏR