Serj Sarkisyan: 'Dağlıq Qarabağdakı hava limanı tezliklə istismara veriləcək'

Serj Sarkisyan:
14:47 13.02.2013
1324

APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan paytaxtın Açapnyak rayonunda seçicilərlə görüşündə Dağlıq Qarabağda hava limanının mütləq istismara veriləcəyini bildirib: “Buna heç bir şübhə yoxdur. Təyyarələrin hərbi yük aparacağı haqda arqumentlər nağıldır, çünki bunun üçün çoxlu başqa imkanlar var”. 

S. Sarkisyanın sözlərinə görə, Azərbaycan hədə-qorxu gəlməklə Qarabağın sahibi olduğunu göstərmək istəyir: “Lakin onlar Qarabağın sahibi olmadıqlarından, hava limanı istismara veriləcək. Problem yalnız texniki məsələlərlə bağlıdır. Təyyarə tezliklə uçacaq”.

OXŞAR XƏBƏRLƏR