Noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammiti başa çatdıqdan sonra dövlət başçıları xatirə çəkli çəkdirdilər.
Gün.Az xəbər verir ki, fotoqraflar tarixi anları kameraya almazdan əvvəl maraqlı epizod baş verdi.
Belə ki, biraz gecikən Ermənistan prezidenti Serj Sarkisyan İlham Əliyevi görərək ona yaxınlaşıb və azərbaycanlı həmkarı ilə şəxsən salamlaşmaq qərarına gəlib. Xatırladaq ki, daha əvvəl Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşüblər və iki illik fasilədən sonra danışıqların yeni raunduna start verilib.Qeyd edək ki, görüşün yekunları üzrə şərhçilər tərəflərin bəyanatlarında müsbət dəyişiklik olduğunu qeyd ediblər. Belə ki, Sarkisyan jurnalistlərə bildirib ki, İlham Əliyevlə görüş normal keçib.