Rusiyada məşğələ zamanı tank serjantın üstündən keçib, aldığı travmadan serjant keçinib
Rusiyada hərbçi tankın altında qalıb. Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Uralda döyüş texnikasının təlimi dərsləri zamanı baş verib. İstintaqın məlumatına əsasən, hərbçilərdən biri T-72 tankında olarkən, o biri tanka yaxınlaşıb. Bu zaman kiçik serjant Vasilyev tankın yanında dayanmışdı. Vasilyev tankların arasında birdən tərpənərkən tank onu əzib. Aldığı ağır travmalardan, serjant həyatını itirib. (anspress)