Ermənistan prezidenti Serj Sərkisyan “Cənubi Qafqazda Regional Təhlükəsizliyin Dinamikası” adlı illik forumda çıxışında deyib: ”Cənubi Qafqazda baş verən geosiyasi proseslər mürəkkəbdir, bir çox hallarda proqnozlaşdırılması çətindir. Regionda regional və beynəlxalq güclərin rəqabəti gedir. Bu rəqabət region ölkələri üçün müəyyən çətinliklər yaratsa da,onlara əlavə imkanlar da verir.”
Regiondakı əsas problemlərdən birinin hıll edilməmiş münaqişələr olduöunu bildirən Ermənistan prezidenti deyib ki,o,bütün problemlərin sülh yolu ilə həlinə inanır: ”Ermənistan üçün Qarabağ münaqişəsinin həllində yeganə məqbul format Minsk qrupudur. Qeyd etmək istəyirəm ki, regionda uzunmüddətli sülh yalnız Dağlıq Qarabağ əhalisinin fiziki varlığına təminat verildikdən sonra və Dağlıq Qarabağın öz taleyini müəyyən etmək hüququ tanındıqdan sonra mümkündür. Bu baxımdan Dağlıq Qarabağın Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrə qayıtması çox önəmlidir.”
Azərbaycanda orduya ayrılan pullardan narahatlıqla danışan Serj Sərkisyan Ramil Səfərovun azadlığa buraxılmasını bütövlükdə Cənubi Qafqazda təhlükəsizliyi sual altına aldığını bildirib.
//Yeni Müsavat