“Sərkisyanı bu cür danışdıran məqamlar var”

SİYASƏT
15:27 01.10.2015
1836
"Serj Sərkisyanın bəyanatları ümumiyyətlə, beynəlxalq hüquqa ziddir və təbii ki, onu bu cür danışdıran məqamlar var".
Bu barədə Axar.az-a politoloq Arzu Nağıyev açıqlama verib. Onun sözlərinə görə, Ermənistan prezidenti son bəyanatı ilə Rusiya ilə tərəfdaş olduğunu göstərməyə çalışır:
“Sərkisyan Rusiyanın 102 saylı hərbi bazasının Ermənistan ərazisində yerləşdiyini xatırladır. Burada isə bir məqsəd var. Ermənilər çalışır ki, müharibənin nüvəsi Ermənistan ərazisinə yönəlsin və KTMT-nin üzvü kimi Rusiya da bu münaqişənin leqallaşmış iştirakçısı olsun. Əslində, Sərkisyanın bu cür bəyanatları dünya ictimaiyyətinə bir ismarıcdır. Ermənistanda daxili vəziyyət həddən artıq kritik olduğundan Sərkisyan bundan ciddi narahatlıq keçirir və kütləni sakitləşdirmək üçün də belə bir metoda əl atır”.
Politoloq hesab edir ki, bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü baş tutmaya bilər:
“Hər gün atəşkəs rejimi pozulur, ermənilər müxtəlif təxribatlara əl atır. Ermənistan və Azərbaycan prezidentlərinin nəzərdə tutulan görüşünə hər yolla mane olmağa çalışan ermənilər və onların rəhbərləri münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesini ləngitməyə çalışmaqla yaranmış status-kvonu saxlamaq niyyəti güdürlər”.
Qeyd edək ki, bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.
OXŞAR XƏBƏRLƏR