‘Sərkisyanın Putinin adından yalan danışdığı ilk dəfə deyil’

‘Sərkisyanın Putinin adından yalan danışdığı ilk dəfə deyil’
14:33 03.04.2013
910

Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinin adından yalan danışdığı aşkarlandı.Trendxəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloqMübariz Əhmədoğluçərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib. "Serj Sarkisyanın dediyinə görə, Rusiya prezidenti Vladimir Putin ondan az sonra Abxaziya "prezidenti" Aleksandr Ankvabla gürcü-abxaz dəmiryolunun açılmasının müzakirə edib. Putinin ətrafından Sarkisyana bildiriblər ki, gürcü-abxaz dəmiryolunun açılması Ankvabla müzakirə olunub, hər şey yaxşıdır", - politoloq deyib. Onun sözlərinə görə, üstündən bir neçə gün keçmiş Ankvab Putinlə görüşündə gürcü-abxaz dəmir yolunun açılması müzakirə olunmadığını bildirdi. "Bu məsələ qeyri-rəsmi şəkildə onun diqqətinə çatdırılıb və o heç kimə "semafor işarəsi" verməyib. Başqa sözlə, Ankvab gürcü-abxaz dəmir yolunun açılmasını indiki zamanda Abxaziyanın gündəliyində olmadığını bildirdi. Sərkisyanın Putinin adından yalan danışdığı ilk dəfə deyil; dövlət rəhbərlərinin adından həmin dövlətin məmurlarına və ya bir dövlətin başçısının adından başqa bir dövlətin başçısına yalanlar danışması siyasətdə Sərkisyanın "qızıl gedişi"dir", - Əhmədoğlu deyib. O bildirib ki, Sarkisyanın yalan danışmasının daha bir nümunəsi aşkarlandı. Ermənistandakı prezident seçkilərinin Avropa müşahidəçiləri tərəfindən müsbət rəyini aldıqdan sonra yenidən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana qarşı cinayət işi məsələsini gündəliyə gətirdilər. "Ermənistanın Milli Təhlükəsizlik Xidməti Oskanyanın rəhbərlik etdiyi "Sivilitas" fondundan sənədləri tələb etdi. Sarkisyanın bu mövzuda davranışı Aİ üzvü olan ölkələrin Ermənistandakı səfirlərini ciddi həyəcanlandırdı. ABŞ-ın və Almaniyanın Ermənistandakı səfirlərinin bu məsələyə münasibət bildirmək məqsədilə keçirdiyi mətbuat konfransında səslənən bəzi fikirləri hətta təhqir kimi də başa düşmək mümkün idi. S.Sarkisyan prezident seçkilərində Qərbin dəstəyinin almaq üçün onların qarşısında müəyyən vədlər vermişdi. İndi bu vədlərini danır", - Əhmədoğlu bildirib.

OXŞAR XƏBƏRLƏR