Sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb

Sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb
SOSİAL
09:13 20.09.2017
754
Lənkəran rayonunda yerli sakin avtobusdan yıxılaraq ağır xəsarət alıb.
 
AZXEBER.COM-un  məlumatına görə, rayonun Ləj kəndindən şəhər istiqamətində hərəkətdə olan sərnişin avtobusu Aeroport yaxınlığında saxlayıb və sərnişin düşürüb. Sərnişinlərdən biri - Bağdagül Qasımova avtobusdan düşərkən yıxılıb, nəticədə ağır xəsarət alıb.
 
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan bildirilib ki, yaralı kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.
 
report.az
OXŞAR XƏBƏRLƏR