Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO

Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
SOSİAL
09:54 20.08.2026
256
Saatda 60 km/sürətlə hərəkət edən avtobus qapısı açıq idarə olunub. Bu zaman içərisində sərnişinlər də olub.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, sərnişin idda edir ki, avtobusda kondisioner işləmədiyinə görə bu vəziyyət mütəmadi davam edir.

Söhbət Hövsandan-Suraxanı istiqamətində hərəkət edən 161 saylı marşrut avtobusundan gedir.

Sərnişinlər isə bildirdilər ki, 161 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların bəzilərində bu hal yaşanır.

Hətta bu vəziyyətə görə sürücüləri qınamayan sərnişinlər də oldu.

O da qeyd edildi ki, bəzi hallarda isti hava ilə əlaqədar avtobusun qapısını açıq qoymağı sərnişinlər özləri sürücüdən xahiş edirlər.

Məsələ ilə bağlı marşrut xətti üzrə daşıyıcı şirkətdən qeyd edildi ki, şirkət bu xətti cəmi 20 gün əvvəl istismara götürüb. Marşrut xəttindəki avtobuslarda bir sıra problemlər olub. Hazırda həmin problemlər mərhələli şəkildə aradan qaldırılır. Avtobuslardakı kondisionerlərlə bağlı problemin də 2-3 gün ərzində həll olunacağı bildirilib.

OXŞAR XƏBƏRLƏR