Bakı-Qusar sərnişin avtobusunun sürücüsü şəhid ailələri üçün jest edib.
AZXEBER.COM-a sözügedən avtobusda səfər edən sərnişinin göndərdiyi fotoda, sürücünün şəhid ailələri üçün ödəniş almadığı qeyd edilib.
Qeyd edək ki, son aylar paytaxt Bakıda bir neçə sərnişin avtobusu və taksi sürücüləri bu cür addımlar ataraq, şəhid ailələrindən ödəniş almayacaqlarını açıqlayıblar.
