Sərnişin stüardessanı dişlədikdən sonra pilot təcili eniş etdi

Sərnişin stüardessanı dişlədikdən sonra pilot təcili eniş etdi
SOSİAL
13:52 30.07.2024
130
Havada olan təyyarə müştərinin aqressiv davranışına görə təcili eniş etməli olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Mayami şəhərindən Nyuarka uçan təyyarədə baş verib.
 
Qeyd edək ki, bu cür hadisə ilk dəfədir ki, baş vermir. Bundan öncə İyulun əvvəlində Mərakeşin Aqadir şəhərindən İngiltərənin paytaxtı Londona uçan Ryanair təyyarəsində dava düşüb. Nəticədə təyyarə Mərakeşdə təcili eniş edib.
 
Bu hadisə bir çox baş vermiş hadisələrdən yalnız bir nümunədir. Sərxoş sərnişinlər, alçaldıcı ifadələr, fiziki və hətta cinsi təcavüz, təhqirlər, gizlindən siqaret çəkənlər və s. Təyyarələrdə qeyri-münasib davranışlar həmişə olub, lakin Covid epidemiyası bitdikdən sonra bu cür davranışlar artmaqda davam edir.

IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) tərəfindən hazırlanan hesabata görə, 2022-ci ildə hər 568 uçuşda bir insident qeydə alındığı halda, bu rəqəm 2021-ci ildə hər 835 uçuşdan bir olub. Bu, 47 faiz artım deməkdir.

IATA baş direktorunun müavini Conrad Clifford deyib ki:
 
"İtaətsiz sərnişinlərlə bağlı insidentlərin artması tendensiyası narahatlıq doğurur".

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) məlumatına görə, hər üç saatdan bir "Avropa İttifaqında uçuş bəzi sərnişinlərin davranışı səbəbindən təhlükə altına düşür".
 
Oksana
OXŞAR XƏBƏRLƏR