ABŞ-nin "United Airlines" sərnişin təyyarəsi "bioloji təhlükə" səbəbindən Vaşinqtona təcili eniş edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, buna səbəb Corc Buş Hava Limanından Bostona uçan UA2477 reys nömrəli Boeing 737-800 tipli sərnişin təyyarəsində bir çox sərnişinin xəstələnməsi və qaytarmağa başlaması olub.
Məlumata görə, təyyarədə olan 155 sərnişin və 6 nəfərlik heyətin səhhətinin yaxşı olduğu və tibbi müdaxiləyə ehtiyac olmadığı qeyd edilib.
Mikayıl