Sərnişinlərin nəzərinə: Avtobuslar əvvəlki rejimə qayıdır

Sərnişinlərin nəzərinə: Avtobuslar əvvəlki rejimə qayıdır
SOSİAL
10:45 30.04.2018
3618
Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar 01.05.2018 tarixindən əvvəlki rejimdə fəaliyyət göstərəcəklər.
 
Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyinin mətbaut katibi Mais Ağayev bildirib. 

Onun sözlərinə görə, fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar da mayın 1-dən sərnişinlərə xidmət göstərəcək.

OXŞAR XƏBƏRLƏR