Sərnişinlərin nəzərinə: Bakıda daha bir avtobus “BakıKart”a keçir

Sərnişinlərin nəzərinə: Bakıda daha bir avtobus “BakıKart”a keçir
SOSİAL
12:19 13.06.2022
253
Sabahdan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəsəbəsi - "Elmlər Akademiyası” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Qurumdan qeyd edilib ki, bununla bağlı əvvəlcədən məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR